Üç şəhər bir neçə dəqiqə ərzində XƏRİTƏDƏN SİLİNƏCƏK - 60 min insan... - ŞOK

ABŞ alimləri ölkənin ən təhlükəli vulkanlarından biri hesab edilən Rainier dağı ilə bağlı ciddi xəbərdarlıq ediblər. Tədqiqatçılara görə, dağda baş verə biləcək güclü palçıq axını (lahar) ümumi əhalisi 60 min nəfəri keçən 3 şəhəri bir neçə dəqiqə ərzində xəritədən silə bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, lahar adlanan vulkanik palçıq axınları vulkan püskürməsi olmadan da yarana bilər. Bu axınlar suyun vulkan yamaclarındakı boş qayalar, kül və digər qalıqlarla qarışması nəticəsində əmələ gəlir və böyük sürətlə hərəkət edir.
ABŞ-ın Cascade Vulkan Rəsədxanasının keçmiş geofiziki Andy Lockhartın sözlərinə görə, güclü yağışlar, buzlaqların əriməsi, torpaq sürüşmələri və hətta kiçik zəlzələlər belə vulkanın bir hissəsini qeyri-sabit vəziyyətə gətirə bilər. Bu halda palçıq axını birbaşa Orting, Puyallup və Sumner şəhərlərinə doğru yönələ bilər.
Vaşinqton ştatında yerləşən Rainier dağı Seattle şəhərindən təxminən 96 kilometr məsafədədir. Dağın üzərindəki böyük buzlaq örtüyü və qeyri-sabit vulkanik quruluş alimlərin əsas narahatlıq mənbəyidir. Hazırda təxminən 15 min nəfər birbaşa yüksək risk zonasındakı ərazilərdə yaşayır.
Tarixi məlumatlara görə, minlərlə il əvvəl Rainier dağının bir hissəsinin çökməsi nəticəsində yaranan lahar təxminən 1,5 milyon Olimpiya hovuzunu dolduracaq qədər qaya və torpaq daşıyıb.
Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi nəticəsində buzlaqların sürətlə əriməsi və şiddətli yağışların artması təhlükəni daha da böyüdür. Ən narahatedici məqam isə belə axınların əvvəlcədən ciddi vulkanik və ya seysmik xəbərdarlıq vermədən başlaya bilməsidir.
Buna görə Vaşinqton ştatının fövqəladə hallar qurumları bölgədə genişmiqyaslı təxliyə təlimləri keçirir və sakinləri mümkün fəlakətə hazırlamağa çalışırlar. Alimlər bildirirlər ki, ABŞ-ın şimal-qərbində yeni böyük lahar hadisəsinin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil, lakin risk real olaraq qalır.(Musavat.com)
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












