Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı

“United Airlines” şirkətinə məxsus təyyarənin sərnişinləri pilotun adi geyimdə biznes-klassda yatdığını görüb və şoka düşüblər. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb. Laynerin komandiri Nyuarkdan (ABŞ) Qlazqoya (Şotlandiya) yeddi saatlıq uçuş həyata keçirən zaman yatmaq qərarına gəlib. Sərnişinlərdən biri pilotun şəklini çəkib. Şəkildə görünür ki, pilot adi geyimdə yatıb, onun forması isə yanındadır. “O, yuxudan oyandı, uniformasını geyindi və pilot kabinəsinə daxil oldu”, - kişi deyib. O əlavə edib ki, pilot bir saat və ya saat yarım yatıb və bu hərəkəti qəbuledilməz adlandırıb. “İstirahət etmək istəyirdisə, bunu sərnişinlərin yanında etməzdi. ABŞ-a çox səfərlər etmişəm, ancaq belə bir şey görməmişəm”, - foto müəllifi deyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












