Unikal robot-it polisdə istifadə olunacaq

Bir neçə il əvvəl ABŞ-da populyar "Black Mirror" teleşousunda nümayiş etdirilən robot-it indi xüsusi istifadəçilər üçün də əlçatan olacaq.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, "Boston Dynamics" şirkətinin təqdim etdiyi bu robotun özəllikləri nümayiş etdirilib. Jurnalistlər və mütəxəssislər "Spot" adlanan bu texnologiya möcüzəsinin pilləkənlərlə hərəkət, tikinti obyektlərinə dırmanmaq, pis hava şəraitində naviqasiya və hündürlükdən düşdükdən sonra asanlıqla qalxaraq qaçmaq kimi məziyyətlərinə tamaşa ediblər. Videomaterialda robot-itin saniyədə 1,6 metr sürətlə hərəkət etməsi, üzərindəki kameranın geniş sahəni əhatə edərək ətrafdakıları qeydə alması, toz və suya qarşı davamlılığı və 45 dərəcəyə qədər temperatura davam gətirməsi də təqdim edilib. Bildirilib ki, "Spot" hər bir müştəri üçün deyil, yalnız xüsusi alıcılar üçün əlçatan olacaq. Robot-it tikinti sahələri, qaz kəmərlərinin çəkilməsi, ictimai asayişin qorunması sahələrində istifadə olunacaq. Dəqiq qiymət açıqlanmasa da, qeyd olunub ki, "Spot"un dəyəri yeni avtomobildən də baha olacaq.
"Boston Dynamics" robot-itin üzərində 2015-ci ildən bəri iş aparır. İnternetdə yayılan ilk videomateriala 22,7 milyon nəfər baxıb. Bundan sonra "Spot" sosial şəbəkələrdə geniş reklam olunub. Şirkət onun kiçik "qardaşı" - 0,76 metr hündürlüyündə olan "SpotMini"ni də buraxıb. O, yerdə sürünə, qabları qabyuyana qoya, qapını aça və soyuducudan sahibinə içki gətirə bilir. Kiçik robot-itin bütün istehlakçılara satıla biləcəyi də bildirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












