Unitaza mühərrik qoşub, qartəmizləyən düzəltdi - VİDEO

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, unitaza mühərrik qoşub, hər kəsin marağına səbəb olan bu görüntülər ABŞ-ın Merilend ştatında lentə alınıb. Qışın oğlan çağında dizə qalxan qardan cana yığılan bir sakin öz qəribə təmizləmə üsulu ilə xəbər başlığına çevrilib. Üzərində unitaz olan təkərli platformaya iki mühərrik qoşan Devid Qoldberq, qeyri adi maşına qar püskürdən sistem də əlavə edib. Hər iki mühərikin köməyi ilə küçədə hərəkət edən qəribə görünüşlü maşın, yoldakı qarı kənara səpələyir. Çoxları bu qəribə qar maşınını görəndə təəccüblənsə də, Devid Qoldberqin bu ixtirasına hamıdan çox qonşuları sevinir. Ən azından ona görə ki, onların küçəsi, həyət-bacası artıq “xokkey meydançası” deyil. Amma belə getsə , Devid Qoldberq oturduğu yerdən qalxmayacaq. Buna səbəb, sinoptiklərin hələ də ağızlarını xeyirə açmamasıdır. Bildirilir ki, qarlı hava şəraiti davam edəcək, bölgədə vəziyyət daha da pisləşəcək. Son 120 ilin ən şiddətli qışını yaşayan amerikalılar, bu əlverişsiz hava şəraitində 20-dən çox itki verib. Tələfatın daha da artacağı isə istisna edilmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












