Uşaqlar «ASAN»a məktub yazıb maşın istəyir - FOTO

“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib. Layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır. Avtosfer.az-ın məlumatına görə, “Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək.
Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar.
Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər. Prosesin asanlaşdırılması məqsədi ilə seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcək.
Qeyd edək ki , "ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb. Balacaların istədiyi hədiyyələr arasında maşın üstünlük təşkil edir…
Emin
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO

















