Varlılar üçün daha sərfəli yaşayış yerləri bəlli oldu

Varlılar üçün ən sərfəli regionlar Şimali və Cənubi Amerika, ən bahalı region isə Asiya – Pasifikdir.
Belə bir qənaət Sürixdə yerləşən “Julius Baer” beynəlxalq sərvət idarəçiliyi məsləhət şirkətinin hazırladığı “Dünya Sərvət və Həyat Tərzi Hesabatı 2021”də (GWLR - Global Wealth and Lifestyle Report 2021) yer alır.
Hesabatda HNWI (High Net Worth Individual – yüksək xalis dəyərə malik fərd) istehlak səbətinə aid edilən malları və xidmətlərin qiymətlərinə görə dünyanın 25 mühüm şəhəri təhlil edilir. NHWI 1 milyon dollar və daha böyük maliyyə aktivlərinin sahibi olan şəxsləri və onların maliyyə çəkisini ifadə edən anlayışdır.
2011-ci ildə açıqlanmış birincidən sonra sayca ikinci olan GWLR-2021-nin səciyyəvi cəhəti COVID-19 nəticəsində “şüurlu istehlak”ın üstünlük qazanması, istehlakçıların daha etik və davamlı alış-verişə yönələrək öhdəliklərinə daha ciddi yanaşmalarıdır.
“Julius Baer”in departament rəhbəri Rəceş Mənvani bildirib ki, bütövlükdə dünyada HNWI istehlak səbətinin orta qiyməti 1,05 faiz artıb. Şirkətin direktorlar şurasının üzvü Nikolas Skovronsinin dediyinə görə, hazırkı dövrdə varlıların daha çox dünyaya fayda verə biləcək, gələcək nəsillər naminə işlər görməyə, uzunmüddətli yatırımlara, xeyriyyəçiliyə yönəldikləri nəzərə çarpır.
Dünya səhiyyə böhranını daha sürətlə dəf edən, valyuta sabitliyi və qiymətlərin dayanıqlı olması ilə səciyyələnən Asiya regionunda indeksin ən bahalı şəhəri Şanxaydır, sonrakı yerlərdə Tokio, Honkonq gəlir.
Şimali və Cənubi Amerikada ABŞ və Kanada dollarının başqa mühüm valyutalara qarşı ucuzlaşması, Latın Amerikasında həyata keçirilən devalvasiya tədbirləri bu regionu HNWI yaşayışı baxımdan əlverişli hala gətirir. Burada ən ucuz yaşayış Meksika Siti və Vankuverdədir. Qərb yarımkürəsində təkcə Nyu York, Afrika regionunda isə yalnız Yohannesburq bahalı şəhərlər arasında yer alıb.
Bahalı mal və xidmətlərə gəlincə, ən çox ucuzlaşan qadın ayaqqabıları (11,7 faiz) və hotel nömrələri (9,3 faiz), ən çox bahalaşan usə biznes sinif təyyarə uçuşları (11,4 faiz) və viskidir (9,9 faiz). (“Report” )
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF











