Vəfa Şərifovanın mahnısı OĞURLUQ ÇIXDI: “Telefonlarına zəng çatmır”

ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən Şahin Alamirzəyev, ifaçı Vəfa Şərifovanın "Anam olsaydı" manhısının sözlərinin ona məxsus olduğunu bildirib:
"Mənə anamın öldüyünü demişdilər.Uşaq vaxtı həbsxanaya düşdüm. Orada olanda anama bir şeiri həsr etdim. 27 ildən sonra anam həmin şeiri özü oxudu. Ona dedim ki, bu şeiri sənə həsr etmişdim, o zaman elə bilirdim sən yoxsan. Şeirin adı "Ürək yarası"dır. 8 ildir ki anamı tapmışam. Sözlərin müəllifi olduğunu iddia edən Mehman Dərviş adlı şəxslə əlaqə saxladım. Görüşəcəkdik, yoxa çıxdı. Telefonlarına zəng çatmır. Bu məslədə Vəfa xanımdan heç bir şikayətim yoxdur".
Avtosfer.Az xəbər verir ki, müğənni Vəfa Şərifova isə bu məsələdən xəbərsiz olduğunu və sözlərin Mehman Dərvişə aid olduğunu bilərək bu ifanı səsləndirdiyini deyib:
"Bu mahnını Rəhman Əliyev mənə təqdim etdi. 2 il əvvəl gitara ilə oxunub. Mən də Şahinin həyatına bənzər həyat yaşamışam. Çox götür-qoydan sonra bu mahnını oxumağa qərar verdim. Mahnıya görə ödəniş də etməmişəm. Daha sonra mən Şahin bəyin dediyi məsələni eşitdim. Rəhman müəllimə dedim ki, heç kimin haqqına girməyək.Rəhman Əliyevə də oxuması üçün Mehman Dərviş adlı şəxs təqdim edib. Mehman bizə öz sözləri kimi təqdim edib, bizlik bir şey yoxdur. Böyük məmnuniyyətlə mahnının sözlərinin müəllifini dəyişərəm. Haqqını da ödəyərəm".
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?








