Velosipedçilərimizin Çin yürüşü davam edir

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var. Yarışın 185 km-lik 4-cü mərhələsində komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb – o, finişi mərhələ qalibi, Rusiyanın "Rusvelo" pro-kontinental komandasının üzvü İvan Savitskidən 7 saniyə gec keçərək 4-cü olub. M.Müqerlini 3-cü yerdən cəmi bir neçə santimetr ayırıb. Velosipedçimiz üçüncülük uğrunda Sloveniyanın "Adria Mobil" komandasının üzvü, yarışın ən yaxşı sprinteri üçün nəzərdə tutulan "yaşıl köynəy"i özündə saxlayan Marko Kumpla eyni nəticəyə imza atsa da, fotofiniş rəqibin öndə olduğunu üzə çıxarıb.
4-cü mərhələdə komandamızın digər üzvlərinin nəticələrinə gəlincə, Samir Cəbrayılov mərhələ qalibinə 11 saniyə uduzmaqla 15-ci olub. Yannis Tamuridis 19-cu, Maksim Averin isə 34-cü nəticə göstərib. 4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, M.Müqerli liderdən 1 dəqiqə 10 saniyə geri qalmaqla 11-cidir. S.Cəbrayılov isə 1 dəqiqə 52 saniyə geriliklə 24-cü yerdədir.
Emin
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












