Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Amerika istehsalı olan "F-35" qırıcılarının əvəzinə Rusiyadan "Su-35" və "Su-57" döyüş təyyarələrini alacağı ehtimalını istisna etməyib, "NTV" telekanalı bildirir.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, avqustun 27-də Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Jukovski hava limanında keçirilən "MAKS-2019" aviakosmik sərgisinə baş çəkib. Tədbir zamanı Ərdoğan Rusiya istehsalı olan hərbi təyyarələri baxışdan keçirib.
"Niyə də olmasın? Bura boşu-boşuna gəlməmişik ki. ABŞ-ın ("F-35" ilə bağlı - red.) son qərarını öyrənəndən sonra öz addımlarımızı atacağıq. ... Özümüzü lazım olan şeylərlə təmin etməyə imkan verən bazar böyükdür" - Ərdoğan deyib.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasına cavab olaraq Vaşinqton Ankaranı "F-35" proqramından çıxarıb.
Avqustun 28-də Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bildirdib ki, Türkiyə "Su-35" və "Su-57" təyyarələrinə maraq göstərib.
Rusiyanın çoxməqsədli "4++" nəslinə aid "Su-35" qırıcısı Çinə tədarük olunur. Yaxın günlərdə bu təyyarənin İndoneziya, Hindistan və Malayziyaya da tədarükü başlayacaq.
"Su-57" isə beşinci nəslə aid ən yeni döyüş təyyarəsidir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












