Xalq artistinin qızı ağladı: ”Şokdayam, yaşananlara inanmıram”

Müğənni Səidə Dadaşova "Maşın” şounun final gecəsində ağlaması ilə diqqət çəkib.
Aparıcı Suna Kasımoğlunun qalib olduğunu eşidən ifaçı ağlamağa başlayıb. O musavat.com-a açıqlamasında bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib:
"Mən sadəcə şokdayam, yaşananlara inanmıram. Lalə həm güclü, həm səmimi , həm də kövrək qəlbli bir xanımdır. Mən heç gözləmirdim. Mən heç bu qalibiyyətə sevinmirəm də. Səmimi olaraq fikrimi açıqlayıram. Bu gün burada olma səbəbim Lalədir. Mən tamamilə yuxudayam. Elə bil indi oyanacağam. Mən inanmırdım ki, Lalə gücsüzləşər. Çünki, o, çox güclüdür. Onun tək səhvi o oldu ki, öz xanımlığını göstərdi və səs toplamaq üçün çıxanda ad çəkmədi. Amma burada belə hərəkət etmək lazım deyildi. Bura mafia oyunu kimidir, psixoloji hazır olmalısan. Sunada elə psixologiya var ki... Əgər, belə bir şou Türkiyədə olsaydı, bizim heç bir iştirakçımız orada qala bilməzdi. Heç birimiz qalib ola bilməzdik”.
İfaçı bildirib ki, növbəti oyunlarda iştirak edəcək:
"Özüm də "Maşın şou” da iştirak etməliydim. Lakin müəyyən dövlət tədbirlərinə görə iştirak edə bilmədim. Növbəti mərhələlərində iştirak etmək istəyirəm. Mənim öz taktikam var və mən ona uyğun hərəkət edəcəyəm. Belə oyunçuların oyunda qalmasına imkan verməyəcəm”.
Qeyd edək ki, Səidə Dadaşova xalq artisti Rafael Dadaşovun qızıdır.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF










