Xanımı ilə vidalaşmaq istəyən kişi hava limanında ŞOK yaşadı – Həbs, 13 min avro cərimə

Sinqapurda 27 yaşlı sərnişin aldığı biletdən istifadə etmədiyinə görə həbs olunub. Avtosfer.az “The Sun”a istinadən xəbər verir ki, sərnişin, aeroportun tranzit ərazisinə düşmək və xanımı ilə vidalaşmaq üçün aviabilet alıb. Ancaq o, Sinqapur polisi tərəfindən saxlanılıb. Yerli qanuna görə, uçuş talonu əldə etmiş sərnişin yalnız səyahət etmək üçün tranzit zonaya girə bilər.
Hadisədən sonra yerli polis “Facebook” hesabından yaydığı məlumata qeyd edib ki, Çanqi hava limanının tranzit zonası mühafizə olunan ərazi elan olunub. “Əgər sərnişinlərin təyyarəyə oturmaq planları yoxdursa, onda infrastruktur mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət daşıyırlar”.
İndi qanun pozucunu 2 il həbs və 13 min avro cərimə gözləyir.
Polis həmçinin bildirib ki, 2019-cu ilin yanvarından oxşar qayda pozuntularına görə 33 sərnişin məsuliyyətə cəlb edilib.
Namiq Musayev
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












