Xərçəng olsa da, 91 yaşında dünyanı gəzir - FOTOLAR
Maraqlı
8 Avqust 2019 01:45

"Driving Miss Norma” səhifəsinin 500 mindən çox izləyicisi var
Bu il 91 yaşını qeyd edən Norma ABŞ-ın Miçiqan ştatındandır. Ancaq o, özünü 19 yaşındakı gənc qız kimi gümrah və xoşbəxt hiss edir. Buna səbəb isə dünya səyahətinə çıxmasıdır. “Qafqazinfo” xəbər verir ki, əri vəfat etdikdən 2 gün sonra Normada xərçəng xəstəliyi aşkarlanıb. Qarşısında iki seçim var idi: ömrünün sonuna kimi müalicə alaraq xəstəxana divarlarını seyr etmək, ya da ailəsinə qoşulub müddətsiz dünya səyahətinə çıxmaq. O, ikinci variantı seçdi: “Uzun yaşamaq yox, xoşbəxt yaşamaq lazımdır”.
Və beləliklə Norma üçün həyatında yeni bir mərhələ başlayır. 91 yaşlı qadın üçün səyahət elə də asan olmasa da, ailəsinin dəstəyi ilə o, bu işin öhdəsindən gələ bilir. Gəzgin həyatını sevən oğlu və gəlininə qoşulan qoca ən çox itləri Rinqo ilə vaxt keçirməyi sevir. O, sevimli yol yoldaşı ilə olan fotolarını və səyahətlərindən maraqlı xatirələrini sosial şəbəkədə paylaşır. Artıq “Driving Miss Norma” səhifəsinin 500 mindən çox izləyicisi var.








Oxunub : 1845
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












