Xəyalındakı avtomobili ala bilmədi – Görün əvəzində nə etdi - VİDEO

Türkiyənin Trabzon şəhərində yaşayan 43 yaşlı Erol Bahadır uşaqlığından bəri xəyal etdiyi maşını maddı imkanları səbəbindən ala bilməyib. O, velosipedinə motor qoşaraq xəyalını gerçəkləşdirib. Erol Bahadır bildirib ki, velosipedə mühərrik qoşduqdan sonra saatda 50 km sürətlə hərəkət edir: "Hər gün evdən rayon mərkəzinə kimi 20 kilometr yolu getmək üçün taksiyə pul çatdıra bilmirdim. Gündəlik 11 manat (40 TL) xərcim çıxırdı. Bu üsulla xeyli miqdarda pul toplaya bildim. İzmirdə yaşayan dostuma mühərrik sifariş verdim. Bütün hissələrini quraşdırdım”.
Erol Bahadır deyib ki, 10 manatlıq (35 TL) benzin yükləyir və bu, gün boyu kifayət edir: "Mikroavtobuslara, taksiyə pul vermək əvəzinə velosipedimi sürərək kəndimə gedirəm. Mühərriki söküb, yenidən quraşdıra bilirəm. Problem olanda da özüm düzəldirəm. Hər kəs istəyir ki, bunun istehsalına başlayım”.
O deyir ki, rəqiblərinin artacağını bildiyi üçün sirrini heç kimə vermək istəmir: "Velosiped və mühərrikə ümumi olaraq 810 manat (3000 TL)manat xərcim çıxıb. Hamısını hazır alsaydım, bu məbləğ 2500 manatdan (9000 TL) çox ola bilərdi. Tezliklə günəş enerjisi ilə işləyəcək velosiped hazırlamağı planlaşdırıram. Bu işdə təcrübəm var”./teleqraf
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












