Yanan evdən beş uşağı belə xilas etdi - Həyəcanlı anlar - VİDEO

Rusiyanın Perm vilayətində mənzillərin birində baş verən yanğın az qala faciə ilə nəticələnəcəkdi.
“Vesti”nin məlumatına görə, Berezniki rayonundakı Sülh küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib. Mənzildə yaşayan ana 7 aylıqdan 12 yaşadək olan beş uşağını evdə tək qoyaraq işə gedib. Evin alışmasını isə ilk olaraq qonşu blokda yaşayan Natalya adlı qadın görüb.
Özü də çoxuşaqlı ana olan Natalya ətrafdakıların köməyi ilə yanan mənzildəki uşaqların hamısını çölə çıxararaq, onları xilas edə bilib. Uşaqlardan biri istisna olmaqla, digərləri anaları işdən gələnədək onu Natalyanın mənzilində gözləməli olublar.
İlkin məlumata görə, uşaqlardan biri, hələ üç yaşı tamam olmayan körpə kibritlə oynayarkən divan alışıb. Məhz həmin uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












