Yaponlar pilotsuz avtobusu marşruta buraxıblar - FOTO

Vallah bu yaponlar çox bəxtəvər millətdi. Həm də ağıllı. Məsələn, aləmə yanacağı vedrələrlə işlədən iri ofrouderləri satıb, özləri yığcam və qənaətcil avtomobillərdən istifadə edirlər. İş o yerə çatıb ki, özləri üçün hazırladıqları Toyota Corolla belə qlobal modeldən kiçik ölçülərə malikdir. Bu bir.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki,Yaponiyanın Sotetsu Bus şirkəti ölkədə ilk pilotsuz marşrut avtobusunu işə salıb. Pilotsuz avtobus 14 oktyabra kimi test rejimində işləyəcək və arzu edən hər bir şəxs ondan pulsuz istifadə edə bilər. Buyurun, bu da iki.
İndi təsəvvür edin ki, evinizin qarşısındakı dayanacaqda durub uzun-uzadı müxtəlif avazlı səs siqnalı verən avtobusları belələri ilə əvəzləyiblər. Vallah, həyat cənnət olardı.
Qeyd etmək lazımdır ki, pilotsuz avtobusun marşrutu o qədər də uzun deyil - cəmi 900 metrdir. Üstəlik, avtobusun sürəti 20 km/saat həddində məhdudlaşdırılıb. Şirkətin hesablamalarına görə, avtobus səhər saat 10.00-dan 16.00-a kimi 16 gediş etməlidir. Yəni, hələlik pik saatlarında onun istifadəsi nəzərdə tutulmayıb (Bakıda da ki, pik saatı gün boyu davam edir).
Test müddəti artıq qeyd etdiyimiz kimi, 14 oktyabrda başa çatacaqdır. Bu müddət ərzində təhlükəsziliyi təmin etmək məqsədi ilə, kabinada şirkətin əməkdaşı oturacaqdır. Təhlükə yaranarsa, o vəziyyətə müdaxilə edərək, idarəetməni öz üzərinə götürəcəkdir. Sınaqların nəticələrinə görə, şirkət dördüncü səviyyə avtopilot sisteminə malik olan pilotsuz avtobuslar partiyasını hazırlamağı planlaşdırır. Xatırladaq ki, dördüncü səviyyə avtonom sistemlər sürücünün daimi diqqətini tələb etmir və nəqliyyat vasitəsini sərbəst şəkildə idarə edə bilər. Bu avtobuslar adi ictimai nəqliyyat ilə birlikdə tam ölçülü marşrut üzrə hərəkət edəcəkdirlər.
Bu işdə mənim qorxduğum bir şey var - qorxuram ki, bu pilotsuz avtobuslar da Bakıda siqnal verməyi öyrənsinlər - çünki, süni intellekt ətraf mühitə uyğunlaşmağı yaxşı bilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













