Yarı təyyarə, yarı avtomobil – VİDEO

ABŞ-ın Corciya ştatında yaşayan Mark Rey istehsal etdiyi daha bir qəribə nəqliyyat vasitəsi ilə sakinləri heyrətləndirib. Bir müddət əvvəl qayıqla avtomobili sintez edən amerikalı, bu dəfə qanadlı və pərli maşını ilə diqqət mərkəzinə düşüb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 56 yaşlı Mark yeni və fərqli ideyaları çox sevir. Həm avtomobil, həm də təyyarə çoxdan kəşf olunsa da, o sözügedən nəqliyyat vasitələrini birləşdirmək qərarına gəlib. Texnologiyanın sürətli inkişafı hər nə qədər bizdən uçan avtomobillər gözləsə də, Mark Rey avtomobil xarakterli təyyarə hazırlayıb. Əslində ABŞ-da tez-tez texniki nasazlığa görə kiçik mühərrikli təyyarələrin avtomobil yoluna enməsi tez-tez qeydə alınır. Amma Mark Reyin sayəsində avtomobil yolunda təyyarənin hərəkət etməsi artıq Corciyalılar üçün adi hala çevrilib.
Nə qədər qəribə səslənsə də, Mark Rey nə olduğu bəzən sözün əsl mənasında bilinməyən nəqliyyət vasitəsini avtomobil yolunda idarə etmək üçün lazımi rəsmi icazə də ala bilib.
Təyyarə formalı maşın düzəltmək Markın vaxtı ilə yanaşı 10 min dollarını da aparıb. Hələlik satmaqda tərəddüd etsə də, yaxşı qiymət təklif olunacağı halda düşünəcəyini də gizlətməyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












