Yaşı 10 milyard olan planet kəşf edildi
Amerika Birləşmiş Ştatında elm adamları Super Earth adlandırdıqları planetin 10 milyard il əvvəl əmələ gələn qədim ulduz sistemi içində tapdıqlarını açıqlayıblar.
Alimlər Ağ yol qalaktikasından bir neçə milyard il sonra meydana gələn ulduz sisteminin bir hissəsi olan planetdə həyatı dəstəkləyən əlamətlərin olmadığını, ancaq bu cür uzun ömürlü planetlərin keçmişdə həyatı qoruduğunu ifadə ediblər.
Amerika Astronomiya Birliyinin illik toplantısında mətbuata açıqlama verən Havay Universitetinin professoru Lauren Veiss "Dünyamız təxminən 5 milyard ildir mövcuddur. 10 milyard ildir mövcud olan qayalı bir dünyada nə ola biləcəyini düşünün. Mən mütləq öyrənmək istərdim", - deyib.
L.Veiss elm dünyasında həyəcan verici olan planetin ətrafında döndüyü ulduza baxan bir magma okeanı olduğunu və eyni ulduzun ətrafında dövr edən daha iki kiçik planetin ola biləcəyini söyləyib.
TOI-561 b adlanan planetin yerdən iki dəfə böyük olduğu və ulduz ətrafında öz dövrünü dünyanın yarısından az bir müddətdə tamamladığı qeyd olunub.
Astronomical Journal-da qəbul edilən ixtirada ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) TESS missiyası və Keck Rəsədxanasının texniki imkanları istifadə olunub. (Ted.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












