Yer kürəsindəki ən dəhşətli fəlakətin səbəbi AÇIQLANDI

Fransanın Petroqrafik və Geokimyəvi tədqiqatlar Mərkəzinin alimləri 252 milyon il əvvəl Sibirdəki güclü vulkanik aktivliyin canlı orqanizmlərin məhvinə necə səbəb olmasını müəyyən ediblər. Məlum olub ki, canlı orqanizmlər Yerin litosfer qatındakı istixana qazları nəticəsində məhv olublar. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Science Alert” nəşri məlumat verib. Böyük qırğın Yer kürəsi tarixində ən genişmiqyaslı ekoloji fəlakət sayılır. Hesab edilir ki, buna səbəb Şərqi Sibir platformasında vulkanik aktivlik olub. Nəticədə dəniz heyvanlarının 96, quru heyvanlarının 73, eləcə də, həşəratların 83 faizi məhv olub. Alimlərin hesablamalarına görə, bioloji müxtəlifliyin yoxsullaşma prosesi 60 min il davam edib. Araşdırmaçılar Sibirdəki süxurları araşdırıblar. Müəyyən edilib ki, qədim süxurların tərkibində xlor, brom və yod daha çox olub. Daha gənc süxurlarda haloidlərin sayı qəfil aşağı enib. Bu da onu göstərir ki, fəlakət nəticəsində 70 faiz birləşmələr ayrılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












