“Yol hərəkəti qaydalarını necə bilirsiniz!” mövzusunda onlayn yarış - FOTO

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq 29 yanvar 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını necə bilirsiniz!” mövzusunda onlayn yarış keçirildi.
Məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, istedadlı uşaqları müəyyən etməkdən ibarət olmuşdur.
Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, direktor müavinləri, 5, 34, 94, 211, 244, 261, 266 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən yol hərəkəti qaydaları dərnəyinin üzvləri, 297 nömrəli tam orta məktəbin şagirdlərii, müəllimlər və valideynlər iştirak etdi.
30-dan çox yuxarı sinif şagirdinin cəlb olunduğu yarışda uşaqlar yol hərəkəti qaydalarına aid biliklərini ekranda əks olunan sualları cavablandırmaqla nimayiş etdirdilər.
Polis əməkdaşları və Mərkəzin direktoru Kəmalə Abdullayeva çıxış edərək uşaqların yarışdakı nəticələrinə münasibət bildirdilər.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF


































