Yol polisindən qəribə əmr: "Başında aşsüzən sürməlisən!" - FOTO

Sürücülük vəsiqəsi üçün başında aşsüzən formasında toxunma papaqla şəkil çəkdirmiş moskvalı sürücü Andrey Filin bundan sonra sükan arxasına yalnız belə vəziyyətdə oturmalıdır.
Əks halda onun sürücülük vəsiqəsi əlindən alınacaq. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az m24-ə istinadən bildirir ki, Rusiya Baş Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəis müavini Vladimir Kuzin deyib: "Onu yolda saxlasalar və başında o aşsüzən formasında papaq olmasa, vəsiqəsi əlindən alınacaq. Çünki sürücülük vəsiqəsindəki foto gerçəkliklə uyğun olmalıdır. Qoy, bundan sonra sükan arxasında olanda aşsüzəni başından çıxarmasın. Rəsmi sənədlər üçün nəzərdə tutulmuş fotoda başda papağın olması yalnız dini inanclara görə həmin insanın başqalarının yanında başını aça bilməməsi ilə bağlı ola bilər".
A.Filinin dediyinə görə, başında toxunma aşsüzən olan fotolu sürücülük vəsiqəsini yanvarın 9-da alıb. O, pastafarianlıq təriqətinin ardıcılı olduğunu söyləyib: "Beynəlxalq sürücülük vəsiqəsi üçün də başımda aşsüzən foto çəkdirəcəyəm. Amma o aşsüzən ya dəmirdən, ya da plastikdən olacaq".
Dünyada ilk dəfə sürücülük vəsiqəsi üçün başında aşsüzən foto çəkdirən şəxs avstraliyalı pastafarian Niko Almdır. Olay 2011-ci ildə yaşanıb.
Pastafarianlıq və ya Uçan Spagetti Əjdahası təriqəti 2005-c ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-ın Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Lağlağı təriqətin atributu aşsüzəndir.
Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.



Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA
Azərbaycanlı ustanın hazırladığı "Transformer"ə çevrilən avtomobil - VİDEO
"Körpəmi qarşılamağa kimsəm yoxdur" dedi - Tanımadığı insanlar ona dəstək oldu - VİDEO










