Yolda digər sürücülərə əsəbləşənlər bunu mütləq OXUSUN

Bunu hardasa oxumuşdum. İstədim ki, qeyd edim sizlər də biləsiniz. Bir nəfər yazırdı ki, taksiyə əyləşib ki, evə getsin. Taksi sürücüsü hər zaman rastlaşdıqlarından fərqli görünüb ona. Səliqəli avtomobil idarə edir, qaydaları pozmur, tələsmir. Ümumiyyətlə ilk dəfə bu cür taksi sürücüsü gördüyünə çaşan adam bir az sonra baş verən hadisədən şoka düşür. İrəlilədikcə digər bir avtomobil onların yoluna qəfil çıxaraq qəza şəraiti yaradır. Üstəlik avtomobilin şüşəsini endirərək taksi sürücüsünə nalayiq sözlər də deyir. Əslində isə günah digər şəxsdə idi. Sərnişin bir anlıq düşünür ki, indi yolun ortasında dava olacaq. Amma taksi sürücüsünün hərəkəti onu həqiqi mənada şok edir. Sürücü sadəcə gülümsəyir və digər şəxsə əli ilə təşəkkür edərək yoluna davam edir.
Sərnişin bu səhnəni həzm edə bilmir. Səbəbini soruşur. Heç təmkinini pozmayan taksi sürücüsü qısa cavab verir. "Zibillikdə dayansaq və orda qalsaq necə olar? Üstümüz bulaşar, ən azından həmin zibilin qoxusu üzərimizə hopar. Bəlkə də günün sonuna qədər üstümüzdən o iy getməz. O vaxta qədər ki, həmin paltarı dəyişib yumayaq. Bax bu paltarda qalsaq gün ərzində ətrafımızdakılar, axşam isə evə gedəndə ailəmizi istəməsək belə narahat etmiş olacağıq. Odur ki, sizə də tövsiyəm budur ki, bu cür hallardan qaçın. Sadəcə "zibilə" və "zibilliyə" yaxın belə durmayın.
Orxan Əli
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










