Yolda kanalizasiya quyusu bomba kimi partladı - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, kanalizasiya quyusunun partlaması az qala faciəyə səbəb olacaqdı. ABŞ-ın Nyu York şəhərindəki yollardan birində baş verən qəribə olay sakinlərdə ani təşvişə yol açıb. Kanalizasiya quyusunun bomba kimi partlaması əlaqədar qurumları da hərəkətə keçirib.
Partlayış o qədər güclü olub ki, onlarla kiloqram ağırlığı olan dəmir qapaq onlarla metr yüksəkliyə uçub. Xoşbəxtlikdən metal qapaq yoldakı insalara xəsarət yetirməyib.
Hadisə yerli telekanalın sakinlərdən birindən müsahibə alarkən baş verib. Elə qəribə olay da həmin çəkiliş qrupunun kamerasından lentə alınıb. Kanalizasiyanın havaya uçan ağır qapağı 30 metr hündürlükdən avtomobillərdən birinin üstünə düşüb. Maşına ciddi ziyan dəysə də, sürücü bu qəzadan sağ çıxa bilib.
Bomba kimi partlayan quyu, ətrafdakılarda bir anlıq terror aktı şübhəsi yaradıb. Çox keçmədən partlayışın səsini eşidən polislər əraziyə gəlib. Yolu bağlayan asayiş keşiçiləri quyunun ağzı bağlandıqdan sonra, partlayışın baş verdiyi ərazidə nəqliyyatın hərəkətini bərpa edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












