Yoldan bir bağlama pul tapdı sonra isə… - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yoldan tapdığı bir torba pulu sahibinə qaytardı. Maraqlı hadisə ABŞ-ın Yutah ştatında qeydə alınıb. İşə gedərkən yolda narıncı rəngdə içi dolu bağlama görən Den Kennedi, torbanın içində on minlərlə dolların olduğunu anlayanda, pulları mənimsəməyi ağlına belə gətirməyib.
Yolun ortasındakı bağlamanı görəndə, Kennedi əvvəl torbanın içində daş-kəsək olduğunu düşünüb. Torbanı yoldan çəkmək üçün avtomobildən enən Kennedi, bağlamanı dartanda torbanın kənarındakı yarıqdan pulları görüb. Pul bağlamasının inkassatordan düşdüyünü ehtimal edən Kennedi, avtomobillə sürətlə irəli doğru hərəkət edib. Qarşısına heç bir bank maşını çıxmadığından o, polisə zəng vurub. Amma etiraf edir ki, bu əməli də heç ağlına gəlməzmiş.
Nəfsinə hakim olub, polisə zəng vuran Kennedi, torbadakı pullara əl vurmadan onu əlaqədar quruma təhvil verib. Pulların hamısının yerində olduğunu görən bank işçiləri Kennedi ilə əlaqə saxlayaraq ona bu mərdliyinə görə pul mükafatı vermək istədiklərini bildirib. Bankın bu amerikalıya nə qədər pul mükafatı verdiyi, Kennedinin bu mükafatı qəbul edib-etmədiyi isə açıqlanmır.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












