Yolu keçmək istədi - hər dəfə özündən getdi - VİDEO

Yolu keçmək istəyərkən dörd dəfə ürəyi getdi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, heç birində təcili yardım çağırmaq yada düşmədi. Çində baş verən qəribə hadisə müşahidə kamerasından anbaan lentə alınıb. İnadkar bir sakinin dəfələrlə huşunu itirməsinə baxmayaraq yola davam etməyə qərar verməsi ortaya bu görüntüləri çıxarıb. Kadrlarda şəhər sakinlərinin yol kənarında dayandığı öz əksini tapır. Bu vaxt onlardan birinn vəziyyəti pisləşir və yanındakı adamın üzərinə yıxılır. Huşunu itirən çinli bir neçə saniyə sonra ayılır. Amma ətrafdakılar bu halın təkrarlanacağını bilmədiklərindən təcili tibbi yardıma da zəng vurmurlar.
Yol kənarında qalan sakin isə bundan sonra daha 3 dəfə huşunu itirib. Onu bu vəziyyətdə görən çinlilərin laqeydliyi isə diqqətdən yayınmayıb. Yol keçidində ölümlə üz-üzə qalan 58 yaşlı sakinin yalnız 4-cü dəfə huşunu itirməsindən sonra, əraziyə həkim çağırılıb.
Çin mediasının məlumatına görə, yol keçidində 4 dəfə ürəyi gedən, xoşbəxtlikdən avtomobillərin altına yıxılmayan çinli yüksək qan təzyiqi xəstəsidir. Qəbul etdiyi dərmanlar və təzyiqin birdən birə yüksəlməsi onun huşunu itirməsinə səbəb olub.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












