Yoxsul ailədə dünyaya gələn dünyanın ilk qadın milyoneri - FOTO

Maraqlı 23 Yanvar 2021 21:40 Oxunub 2844
Yoxsul ailədə dünyaya gələn dünyanın ilk qadın milyoneri  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kiçik bir qəsəbədə yaşayan yoxsul bir ailədə anadan olan Valkerin əsl adı Sarah Breedlove olub. Xəstəliyi ilə mübarizə apararkən, işləməyə və istehsal etməyə davam edib. Bu qətiyyət nəticəsində öz markasını yaradıb.

Musavat.com iş dünyasında qadınlara ilham verən Sarah adlı bu qadının hekayəsini təqdim edir.

1867-ci ildə ABŞ-ın Luiziana ştatında dünyaya göz açan Madam C.J. Walker ailənin beşinci övladı olub.

madam cj walker

Əsl adı Sarah Breedlove olan Valker, 7 yaşında valideynlərini itirib. Sarah bu ağır itkidən sonra böyük bacısının yanına köçüb.

Daha sonra 1877-ci ildə pambıqçı olaraq işə başladıqları Missisipiyə(ABŞ-da çay, dünyanın ən böyük çaylarından biri) köçüb.

Sarah ilk evliliyini 14 yaşında edib. Bu evlilikdən A’Leila adlı bir qızı dünyaya gəlib. Saranın həyat yoldaşı 2 il sonra vəfat edib.

madam cj walker

Bundan sonra Sarah üç böyük qardaşının bərbər işlədiyi ABŞ-ın ən böyük şəhərlərindən biri olan Sent-Luisə köçüb. Saraha milyonlar qazandıracaq saç-baxım məhsulları haqqında fikiri də məhz burada, qardaşlarının yanında ağlına gəlib.

Özü 3 aydan çox məktəbə gedə bilməsə də Sent-Luisdə bir şirkətdə yuyucu olaraq işə başlayan Sarah öz qızını məktəbdə oxutmağa müvəffəq olub.



Gündəlik 1.5 dollar pul qazanan Sarah bir gün milyoner olacağını düşünməyib. Lakin həyatda yaşadığı bir çox çətinliklərə baxmayaraq dik durmağı bacaran Sarah mübarizələr aparmağa davam edirib. 1890-cı illərdə baş dərisi xəstəliyi Sarahı çox yorub və saçlarının çox hissəsini itirməsinə səbəb olub.

Bərbər olan qardaşlarından kömək istəyən Sarah evdə hazırladığı məhsulları satmaq üçün sınaqdan keçirib. Daha sonra Annie Malone adlı bir qaradərili qadının məhsullarını sınayan Sarah, onun satış nümayəndəsi olmaq üçün 1905-ci ildə Denverə köçüb. 1903-cü ildə ikinci həyat yoldaşından ayrılan Sarah, 1905-ci ildə üçüncü həyat yoldaşı , jurnalist Charles Joseph Walker ilə evlənib. Sarah bundan sonra adını Madam C. J. Walker olaraq dəyişdirib. Həyat yoldaşının dəstəyi ilə bu adla öz saç-baxım məhsulları şirkətini qurmağı bacarıb. O, ilk öncə saç dərisini yumşaldan və yaxşılaşdıran "Madam Walker`s Wonderful Hair Grower" adlı məhsulunu satmağa başlayıb.

madam cj walker

Yaratdığı saç məhsullarını daha çox qadına çatdırmaq üçün cənub və cənub-şərq əyalətlərinə uzunmüddətli turlara çıxıb. Walker, məhsullarını tanıtmaq və satmaq üçün qapı-qapı gəzib.

Sarah 1908-ci ildə Pittsburqa köçüb və burada Lelia adlı bir bərbərlik və saç baxımı məktəbi qurub. 1910-cu ildə Amerikaya köçən Sarah burada "Madam C. J. Walker Manufacturing Company" adlı saç baxımı məhsulları fabrikini qurub. Sarah fabrikində minlərlə qadını işə götürüb. 1917-ci ildə şirkət, fabrik qurulduğu gündən bəri ümumilikdə 20 min qadını işlə təmin edib.



Sarah eyni zamanda qaradərililərin hüquqlarını müdafiə edən bir çox təşəbbüslərdə də fəal rol oynayıb. NAACP-nin başlatdığı anti-linç hərəkatını dəstəkləyib və onlara 5 min dollar yardım edib. 1917-ci ildə ilk milli iş qadınları toplantısı Sara tərəfindən təşkil edilib.

1919-cu ildə 51 yaşında vəfat edən Sarah 1 milyon dollar sərvəti ilə milyoner olmuş ilk qaradərili qadın olaraq, Ginnesin Rekordlar Kitabına düşüb.

madam cj walker

Qeyd: Madame C.J. Walker-in həyat hekayəsini izləmək istəyirsinizsə, Netflix-in "SELF MADE: Mad Inspired of Madam C.J. "Walker" adlı mini serialını tövsiyə edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh