Yuxunu idarə edən qurğu ixtira olunub

Alimlər yuxugörmənin “mövzularını dəyişən” qurğu hazırlayıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) elm adamları ixtira ediblər.
Məlumata görə, sistemin əsası sensorlu əlcəkdir. Bu əlcək əzələ, ürəkdöyüntüsü və istifadəçinin digər parametrlərini izləyir. Sensor insanın hipnaqogiya (oyaqlıqla yuxu arası) durumuna keçdiyini hiss edər-etməz əlcək qoşulu olduğu modula bildiriş göndərəcək. Əgər insan o an hansısa sözü duyarsa, həmin sözü əks etdirən canlı yaxud əşya onun yuxusuna girəcək.
Texnologiya 50 könüllü üzərində sınaqdan keçirilib və təcrübə uğurlu olub. Könüllülər həqiqətən də yuxuya getmədən öncə eşitdikləri sözü röyalarında görüblər.
Araşdırmaçılar paralel olaraq səslə deyil, qoxu ilə yuxuya “mövzu verməyi” icad etməyə çalışırlar. Məsələn, kabusdan əziyyət çəkən insanları diffuzor vasitəsilə lavand ətirilə havalandırmaq tövsiyə edilir. Həmçinin insanın müəyyən xatirələri ilə əlaqəsi olan qoxuları da istifadə etmək mümkün olacaq. Bundan başqa, bu metodun tətbiq edilməsi istifadəçinin oyanma ehtimalını da azaldacaq.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












