100 illik evə köçən gənc qorxunc “sürprizlə” üzləşdi - VİDEO

1911-ci ildə tikilmiş evə köçən gənc evdə qorxunc tapıntı ilə üzləşib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Videonun müəllifi “Haus of the Rising Sun” ləqəbli “TikTok” istifadəçisidir.
Onun sözlərinə görə, qədim evi aldıqdan sonra onun içində əsaslı təmir etmək qərarına gəlib. Lakin döşəmə örtüyünü çıxardan zaman “sürprizlə” rastlaşıb. Belə ki, döşəmə və xalça üzərində qırmızı ləkələr olub.
“Ləkələr çoxaldıqca bunun qan ləkəsi olduğuna əminliyim artdı”, - deyə videonun müəllifi bildirib.
Bundan sonra ev sahibi qorxunc tapıntı ilə əlaqədar polisə müraciət etmək qərarına gəlib. Polis məmuru ilkin baxış zamanı ləkələrin qan kimi görünməsi ilə razılaşıb, lakin bunun insana, yoxsa heyvana aid ola biləcəyini söyləməkdə çətinlik çəkib.
“O, evdə hər hansı cinayət olub-olmadığını öyrənəcəyinə, qanı isə müayinəyə göndərəcəyinə söz verdi”, - deyə istifadəçi əlavə edib.
Video sosial şəbəkədə böyük maraq və heyrətlə qarşılanıb. Bir çoxları gəncə qanın kimə və nəyə aid olması barədə nəticələrdən asılı olmayaraq, evdən çıxmasını tövsiyə ediblər.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












