11 təhsil müəssisəsi rəhbəri cəzalandırılıb

Mart ayı ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən 34-də monitorinqlər keçirilib.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləşməsi, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb.
Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin müvafiq əmri ilə 2 təhsil müəssisəsinin rəhbəri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə isə 2 müəssisə rəhbərinə töhmət, 5 müəssisə rəhbərinə şiddətli töhmət verilib, 2 müəssisə rəhbərinə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












