12 günlük müharibə zamanı ölkədə 2 min casus saxlanılıb - İranın briqada generalı

İranda iyun ayında 2 min casus saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin briqada generalı Əbülfəz Şəkərçi deyib.

"12 günlük müharibənin əvvəlindən sonuna qədər xarici kəşfiyyatla əməkdaşlıq edənlər tutulub. İyun ayında saxlanılan casusların sayı 2 minə çatıb", - general bildirib.
Onun sözlərinə görə, İranda geniş casus şəbəkəsinin qurulmasına böyük məbləğdə pul xərclənib. "Belə bir şəbəkəni yenidən qurmaq asan olmayacaq", - Şəkərçi əlavə edib.
İranlı general vurğulayıb ki, ölkənin dəniz və quru qoşunlarının çox hissəsi müharibədə istifadə olunmayıb, raket imkanları da tam hazır vəziyyətdədir.
Xatırladaq ki, 12 günlük müharibə bu ilin iyunun 13-də səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayıb. İranın əks-reaksiya verməsi ilə davam müharibə iyunun 24-də atəşkəs razılaşması ilə bitib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












