15 yaşlı yeniyetmənin "zarafatı" həbslə nəticələndi

Aprelin 9-da Avstriyanın Federal Kansleri Sebastian Kurtsun ictimaiyyətlə videoformatda görüşü zamanı 15 yaşlı yeniyetmə aprelin 10-da saat 13:00-da Vyananın mərkəzində yerləşən Müqəddəs Ştefan Katedralına silahlı hücum baş verəcəyini elan edib.
Avtosfer.az xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra“ dəstəsi aprelin 9-da axşam saatlarında Terrorizmə qarşı Mübarizə Federal İdarəsinin təqdim etdiyi məlumatlar əsasında gəncin yerini müəyyən edərək həbs ediblər. İndiyədək hüquq-mühafizə orqanlarının cinayət reyestrində adı keçməyən gənc ilkin ifadəsi zamanı heç bir hücum planlamadığını, canlı yayımın çat bölməsində yazdıqlarının yalnız zarafat məqsədi daşıdığını bildirib. O, ictimai məkan sayılan canlı yayımda yazdıqlarının yaratdığı məsuliyyətin ona məlum olmadığını da etiraf edib.
Vyana Əyalət Kriminal İdarəsi bu hadisənin arxasında real terror təhlükəsinin olma ehtimalını və gəncin radikal qruplaşmalarla mümkün əlaqələrini araşdırmaq üçün cinayət işinə başlayıb. “Zarafatı” ona baha başa gələn yeniyetmə isə araşdırmalar başa çatana kimi penitensiar xidmətin yeniyetmələr üçün müəssisəsində qalmalı olacaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












