“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”

“Bu il 40 min şəxsə əlillik təyin olunub”.
Avtosfer.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Onun sözlərinə görə, bunun da yarısı təkrar, yarısı da ilkin təyinat olub. Vətəndaşlar yerlərdə əlilliklə bağlı ƏƏSMN-ə yox, tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri onları müayinə edir və uyğundursa, formanı Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə göndərirlər”, - deyə nazir bildirib.
S.Babayev əlavə edib ki, 16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub: “Növbəti il üçün də proqram hazırlanır. Həmin proqram çərçivəsində Bakı üzrə növbəlilik 2 dəfə tam şəkildə icra olunub. Ümumilikdə 7770 şəhid ailə üzvü və qazilərə avtomobil təqdim olunub”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












