18 əcnəbi Azərbaycanın dövlət sərhədini pozub

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aşağıdakı nailiyyətlər əldə edilib.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 28 nəfər saxlanılıb, оnların 10-u Azərbaycan, 9-u Əfqanıstan, 4-ü Pakistan, 2-si Türkiyə,1-i Rusiya, 1-i İraq və 1-i Gürcüstan vətəndaşı оlub:
"Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 7 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 754 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb".
Məlumatda qeyd edib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 655 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 13 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb:
"Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 321 kiloqram 997 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8439 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb;
qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 022 min 156 manat оlan qaçaqmal, о cümlədən zinət əşyaları, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.
Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












