20 aviaşirkət İsrailə uçuşları dayandırdı

Daha bir neçə hava yolu şirkəti İsrailə uçuşları dayandırıb.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsrailə uçuşları dayandıran xarici hava yolu şirkətlərinin sayının 20-yə çatdığı və daha əvvəl uçuşları dayandıran şirkətlərin isə qərarlarının müddətini uzatdığı bildirilib.
Qeyd edək ki, İrlandiyada yerləşən "Ryanair" aviaşirkəti avqustun 8-ə, İspaniya mərkəzli "Air Europa" və Bolqarıstan mərkəzli "Bulgaria Air"in avqustun 9-na, İtaliyanın bayraq daşıyıcısı "ITA" və Xorvatiya mərkəzli "Xorvatiya Hava Yolları"nın uçuşların 10 avqusta qədər, Latviyada yerləşən "AirBaltic", Hindistanda yerləşən "AirIndia" və İspaniyada yerləşən "Iberia Express" şirkətləri İsrailə uçuşları avqustun 11-dək, Polşanın milli aviaşirkəti "LOT" isə avqustun 12-dək, Rumıniyada yerləşən "Tarom" aviaşirkəti, Almaniyanın "Lufthansa" aviaşirkəti, İsveçrənin "Swiss International Airlines", Avstriyanın milli aviaşirkəti "Austrian Airlines", "Brussels Airlines" və Almaniyanın "Eurowings" aviaşirkətləri də avqustun 13-dək,Yunanıstan mərkəzli "Aegean Airlines"ın avqustun 14-dək, ABŞ-da yerləşən "Delta Airlines"ın 31 avqusta qədər və Böyük Britaniyada yerləşən "EasyJet"in İsrailə 29 mart 2025-ci ilə qədər, ABŞ-da yerləşən "United Airlines" və İspaniyada yerləşən "Vueling Airlines" şirkətlərinin də növbəti xəbərdarlığa qədər İsrailə uçuşları dayandırdığı bildirilib.
Xatırladaq ki, dönüş reysi olmadığı üçün ölkə xaricində qapalı qalan İsrail vətəndaşlarının sayının 150 minə çatıb.
(unikal)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












