20 il əvvəl satılan “06” üçün radar gəldi - FOTO

Bakıda 20 il əvvəl satılan “06” üçün radar “Qazel” şəkli ilə göndərilib. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya müraciət edən Cahid Məmmədov bildirib ki, hazırda maşınları olmasa da, evlərinə göndərilən cərimə protokolunda bir neçə səhv var: “Bizim 1995-ci ildə atamın adına “VAZ-2106” markalı 10 DZ 118 nömrəli maşınımız olub, 3 il sonra satmışıq. 10 gün əvvəl anamın adına radar gəlib. Halbuki əvvəlki “06”mızın da anama heç bir aidiyyatı yox idi. Protokolda “VAZ-2106” yazılıb, şəkildə başqa maşındır. Qaranlıqdı deyə yaxşı görünmür, deyəsən “Qazel”di”. O maşının da nömrəsi 10 OZ 118 yazılıb”. C.Məmmədov deyib ki, məsələnin həlli üçün qeydiyyatda olduğu Nizami rayonu üzrə dövlət yol polisi şöbəsinə müraciət edib: “Dedilər ki, “Respublikanski QAİ”ya get, orda araşdırsınlar, 10 gün ərzində getməsən sənin adına cərimə gələcək. Bu, mənasız bir şeydir. Mənim də ora getməyə vaxtım olmadığı üçün gedə bilmədim”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bir müddət öncə “Qafqazinfo”ya açıqlamasında kameraların belə xətalara yol verə bildiyini, hava qaranlıq olduqda və ya nömrə çirkli olduqda oxşar hərfləri və rəqəmləri yanlış oxuduğunu bildirib: “Bu texniki avadanlıqların 0,1 faiz səhv etmə ehtimalı var və əvvəlcədən qəbul edilmiş göstəricidir. Bunu faciə kimi yol polisinin fəaliyyətinə yazmaq, ictimailəşdirmək lazım deyil. Sürücü müraciət etsin, araşdırılıb müəyyən olunsun. Bəzən hava qaranlıq olur və ya nömrə çirkli olur, kamera 3-ü 8 kimi görür. Bunlar mexaniki səhvlərdir”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











