"20 Yanvar" yeraltı keçidində çalışan sahibkarlar yenidən Prezidentə MÜRACİƏT ETDİLƏR

“20 Yanvar" metro stansiyasının yeraltı keçidində ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar yenidən Prezident İlham Əliyevə müraciət ediblər.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, 30 avqust 2024-cü il tarixdən “Klassik Aİ” MMM şirkətinə məxsus "20 Yanvar" metro stansiyasının keçidində 25 ildən artıq fəaliyyət göstərən ticarət köşklərinin işi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən şifahi xəbərdarlıq olunaraq məcburi dayandırılıb.
Müraciətdə qeyd olunur ki, müəssisənin fəaliyyəti bərpa olunmadığı üçün böyük maliyyə böhranı qarşısındadır. Sahibkarlar bildirirlər ki, köşklər bağlı olduğu üçün kassa aparatları və POS-terminalların çalışmaması barədə Vergilər Nazirliyinə məlumat verilib. Müəssisənin başqa heç bir yerdən gəlir mənbəyi olmadığını da sahibkarlar diqqətə çatdırıblar:
“Belə olan halda müəssisə işçiləri azad etmədiyi hər günə görə əmək haqqı və digər dövlət vergi və rüsumlarını ödəmək məcburiyyətindədir. Bizə isə işin dayandırılmasına məcbur edən Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsi rəsmi qaydada sənəd verməlidir. Bununla əlaqədar həmin qurumlara müraciət etsək də, hələ də heç bir cavab almamışıq. Əks halda işçilərin qanunsuz olaraq işdən azad olunmasını əsas götürərək Əmək Müfəttişliyi tərəfindən müəssisəmiz böyük məbləğdə cərimə oluna bilər. Möhtərəm cənab Prezident! Odur ki, Sizdən bir daha xahiş edirik, onlarla insanın daimi iş yeri ilə təmin olunduğu müəssisəmizin işinin tez bir zamanda bərpa olunması üçün bizə köməklik göstərəsiniz”, - deyə müraciətdə vurğulanır.
Qeyd edək ki, müraciətin surəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova, daxili işlər naziri Vilayət Eyvazova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Bakı şəhər Baş Polis İdarəsini rəisi Əkbər İsmayılova da göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












