2030-cu ilədək Orta Dəhlizlə yükdaşımaların proqnozlaşdırılan həcmi razılaşdırılıb

Qazaxıstan və Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımalar üzrə ikitərəfli işçi qrupun I iclasında 2029-cu ildə daşımaların illik həcminin 2 min konteyner qatarına çatdırılması barədə razılığa gəlib.
"Report" bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
“Qazaxıstan-Çin işçi qrupu Astanada keçirilmiş I iclasda 2029-cu ilin sonuna qədər TBNM ilə Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların proqnozlaşdırılan həcmlərini müzakirə edərək razılaşdırıb. Beləliklə, tərəflər birgə səylərlə TBNM ilə illik daşımaların həcmini 2025-2026-cı illərdə 600, 2027-ci ildə 1000, 2029-cu ildə isə 2000 konteyner qatarına qədər artıracaq”, - məlumatda bildirilib.
Bundan əlavə, Qazaxıstan tərəfi tranzit konteyner qatarlarının sayının artmasına uyğun olaraq gecikmələrin qarşısının alınması, konteynerlərin vaxtında daşınması üçün daxili limanlarda müvafiq infrastrukturun təmin edilməsi ilə bağlı tədbirlər görəcək.
"Beləliklə, 2025-ci ildə limanlar vasitəsilə ildə ən azı 50 min standart konteynerin, 2026-2029-cu illərdə isə 85 min konteynerin daşınacağı proqnozlaşdırılır. Bu gün biz Avropa, Mərkəzi Asiya və Çin arasında tranzit yük axınının təmin edilməsi istiqamətində fəal iş aparırıq. 2023-cü ildə 2,76 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 65 % çoxdur”, - məlumatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












