204 nömrəli avtobusların “şou”su- VIDEO

Bakıda sərnişin avtobuslarının hər gün yol hərəkəti qaydalarını kobud şəkildə pozması, ölümlə nəticələnən qəzalar törətməsi artıq adiləşib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, avtobus sürücülərinin sərnişinlərlə kobud davranması, avtobusların qapılarının açıq şəkildə idarə olunması, sərnişinlərin həyatının riskə atılması kimi hallar da tez-tez gündəmə gəlir. Nəqliyyat Nazirliyi şəhər nəqliyyatında heç cür qayda-qanun yarada bilmir və vaxtaşırı olaraq hansısa ağır qəzadan sonra keçirilən reydlərə baxmayaraq çox keçmədən bu sahədə hər şey yenidən əvvəlki axarına dönür.
Paytaxtın sərnişin nəqliyyatındakı özbaşınalıqlar və kobud qayda-qanun pozuntuları sərnişinləri o qədər bezdirib ki, indi onlar özləri bu problemlə mübarizəyə başlayıblar. Hələlik sosial şəbəkələr üzərindən. Belə ki, sadaladığımız problemlərdən əziyyət çəkənlər arasında meetronun «Koroğlu» stansiyasından Ramanı kəndinə işləyən 204 nömrəli marşurutun sərnişinləri də var. Bu sərnişinlərin bir qrupu hər gün üzləşdikləri problemləri gündəmdə saxlamaq, ictimaiyyətlə paylaşmaq üçün sosial şəbəkədə bir araya gəliblər.
Onlar facebookda yaratdıqları “204 sərgüzəştləri” səhifəsində bu marşrutda işləyən avtobuslardan istifadə edərkən qarşılaşdıqları problemləri lentə alaraq paylaşırlar.
Məsələn, videolardan birində 204 saylı marşrutda işləyən avtobusu hansısa dəryada qərq olan görürük. Ancaq tələsməyin, kadrlarda gördüyünüz Xəzər dənizi, yaxud hansısa göl deyil, Sabunçu vağzalının qarşısıdır. Güclü yağışlardan sonra Sabunçu vağzalının qarşısı əsl gölə, dəryaya çevrilir və belə görünür ki, həmin günlərdə Ramanının palçıqlı yollarından keçərək “Koroğlu” metrosuna doğru hərəkət edən 204 nömrəli marşrutun avtobusları bu göldən “moyka” kimi də istifadə edirlər.
Sərnişinlərin paylaşdıqları digər fotoda isə 204 saylı marşrutda işləyən avtobusun tam yolsuzluq şəraitində, öz ekstremallığına görə Paris-Dakar avtorallisinin marşrutunu xatırladan yerlə necə əzabla irəlilədiyinin şahidi oluruq.
Səhifədə yer alan başqa görüntüdə isə 204 saylı marşrutda işləyən avtobus metronun Koroğlu stansiyasından üzü Sabunçuya tərəf şosse yolda, ağzınadək sərnişinlə dolu vəziyyətdə və qapıları açıq şütüyür. Sərnişinlər qapılardan sallanıblar, onların arasında hətta pəncərədən sallanan da var.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










