250-yə yaxın hərbçiyə əlillik dərəcəsi təyin edilib

İndiyədək Vətən Müharibəsində iştirak etmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsi olan 250-yə yaxın hərbçiyə müvafiq əlillik dərəcəsi təyin edilib.
Avtosfer.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya tərəfindən müvafiq işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İşçi qrupu Komissiyanın digər üzvləri ilə birgə (müdafiə və səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) paytaxt və regionlar üzrə yaralanmış hərbçilərin səyyar formada əyani müayinələrini həyata keçirir.
Müayinələrin nəticələrinə dair aktlar tərtib edilir, hər bir müayinə prosesinin foto və videogörüntüləri toplanır.
Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə müdafiə və ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.
Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunverciliyə uyğun operativ qiymətləndirilməsi həyata keçirilir.
Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da proaktiv şəkildə, elektron sistem üzərində aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












