"28 May”da görülən işlər açıqlandı

"Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında xətlərin ayrılması çərçivəsində nəzərdə tutulan “Şaxta 1” və “Şaxta 2” üzrə qazma işləri yekunlaşıb”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, artıq qeyd olunan şaxtalara keçid tunelləri inşa edilib və hazırda ərazidə yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi aparılır: “Xətlərin ayrılması ilə bağlı iki əsas istiqamət üzrə işlər görülür. Bunlardan biri “Dərnəgül” deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə yeni tunellərin inşasıdır. Hər iki layihə bir-biri ilə əlaqəlidir.
“Yaşıl xətt”in müstəqil fəaliyyət göstərməsi üçün depo zəruridir. “Dərnəgül” deposunun ikinci mərhələsinin başa çatması yeni tunellərin tikintisinə imkan yaradacaq. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil və piyada tunellərinin inşası davam etdirilir. Metro xətti üçün zəruri hissənin tamamlanmasından sonra yeni tunellərin qazılmasına start veriləcək. Həmin layihənin bizə lazım olan hissədə bitməsini gözləyirik”.
Qurum rəsmisi qeyd edib ki, planlaşdırılan tunellər metro xəttinin depo ilə birləşdirilməsinə və xətlərin ayrılmasına şərait yaradacaq./qafqazinfo
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












