2800 illik tarixi abidə təhlükə ilə üzləşdi - FOTO

Salyan rayonu ərazisində aşkar olunan 2800 illik tarixi abidə məhv olmaq təhlükəsi ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Aran bürosuna rayonun Çuxanlı kəndinin sakinləri bildiriblər.
Tarixi abidənin aqibəti ilə bağlı narahatlıqlarını ifadə edən sakinlərin sözlərinə görə, 2011-ci ildə yeni Ələt-Astara magistral yolunun tikintisi zamanı kənd ərazisindəki Babazanlı dağının ətəyində qazıntı işləri aparılarkən qədim yaşayış məskəni aşkarlanıb. Bundan sonra həmin ərazidə qazıntı işləri dayandırılıb. Əraziyə tarixçilər və arxeoloqlar cəlb edilib.
Sakinlər deyiblər ki, 2012-2014-cü illərdə sözügedən ərazidə arxeoloji qazıntı işləri davam etdirilib. Orada vaxtilə yaşayış məskəninin mövcudluğu aşkar edilib, həmçinin çox sayda qədim küp və torpaq qəbirlər, eləcə də məişət əşyaları tapılıb. Bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinə qədər yaşayışın olduğu müəyyən edilib.
Sakinlər onu da bildiriblər ki, aradan 10 ildən çox vaxt keçməsinə baxmayaraq, haqqında danışılan tarixi abidənin qorunub mühafizə olunması istiqamətində təsirli tədbirlər görülməyib. Açıq havada baxımsız qaldığından, küp və torpaq qəbirlər artıq eroziyaya uğrayıb, onların bəziləri dağılaraq sıradan çıxıb. Təcili müdaxilə edilməsə, yaxın gələcəkdə bu tarixi abidənin tamamilə məhv olması çox realdır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, aparılan qazıntı işləri arxeoloji abidələrin təbii təsirlərə məruz qalmasına səbəb olub. Buna görə də arxeoloji abidələrdə konservasiya işlərinin aparılması zərurəti yaranıb.
Dövlət Xidmətindən qeyd olunub ki, Muğan-Babazanlı abidələrinə aid maddi-mədəniyyət nümunələrinin qorunması məqsədilə ərazidə konservasiya işlərinin aparılması artıq investisiya siyahısına daxil edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

















