30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi - VİDEO

Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb.
“Qafqazinfo” xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu “Xəzər” televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb.
Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.
Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib:
“Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza cansağlığı versin!”
Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, orada salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb.
Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.
Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi-muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












