308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib.
Avtosfer.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır. İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.
Məsələ ilə bağlı valideynlərə verilən məlumata görə, bir müddət əvvəl məktəbin yaxınlığında qaz xəttində sızıntı qeydə alınıb. Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik məqsədilə qaz təchizatı dayandırılıb. Daha sonra problem texniki baxımdan aradan qaldırılıb və məktəbdə qaz sisteminin hazır vəziyyətə gətirildiyi bildirilib.
Lakin buna baxmayaraq, Azəriqaz tərəfindən məktəbə hələ də qaz verilmədiyi iddia olunur. Bütün texniki problemlər həll olunsa da, qazın hələ də verilməməsi sinif otaqlarında normal istiliyi təmin etmək mümkün olmur.
Soyuq hava şəraiti xüsusilə 1-ci sinif şagirdləri üçün ciddi çətinlik yaradıb. Valideynlər uşaqların sağlamlığından narahat olduqlarını bildirib, bəzi şagirdlərin isə soyuq səbəbindən ümumiyyətlə dərsə gələ bilmədiyi qeyd olunub.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin tez bir zamanda həll ediləcəyi gözlənilir. Valideynlər isə bildirib ki, tədrisin normal şəraitdə davam etməsi üçün məktəbin istilik və elektrik təchizatı dərhal bərpa olunmalıdır./sfera.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












