3600 manat kreditə qarşı 17 min ödəyib, amma borc qurtarmır - VİDEO

Götürdüyü krediti ödəyib qurtara bilmir. Avtosfer.az-a xezerxeber.az-a istinadən məlumat verir ki, Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb. Adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib. O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu idda edir. Kredit müqaviləsini itirən Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir. Banka, müqavilə və ödəniş cədvəli üçün yaxınlaşdıqda isə imtina cavabı aldığını bildirir. Mübahisəli məsələ olduğundan mütəxəssilər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər. İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər. Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












