400 milyon dollarlıq neft daşıyan tanker kanalda ilişdi
Xəbərlər
26 Mart 2021 14:38

Süveyş kanalında konteyner gəmisinin saya oturması ilə bağlı hərəkətin dayanması nəticəsində 400 milyon dollardan çox məbləğdə neft yolda qalıb.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, ümumilikdə 6,3 milyon barel neft daşıyan 7 iritonnajlı tankerin hərəkəti dayanıb.
Bundan başqa, 160 milyon dollar məbləğində neft daşıyan daha 3 tanker həmin bölgəyə yaxınlaşır.
Süveyş kanalında, həmçinin neft məhsulları daşıyan 15 gəmi, mayeləşdirilmiş təbii qaz daşıyan 3 gəmi və mayeləşdirilmiş neft qazı daşıyan 2 gəmi ilişib.
Qeyd edək ki, kanalda iki gün əvvəl 400 metr uzunluğunda "Ever Given" konteyner gəmisi saya oturaraq hərəkəti iflic edib. Süveyş kanalında dünya dəniz ticarət daşımalarını 12 faizi həyata keçirilir.
Oxunub : 1672
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












