48 il həbsdə olan şəxsin günahsız olduğu ÜZƏ ÇIXDI - FOTO

1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətlə görə 48 il 1 ay 18 gün həbsdə olan 71 yaşlı Qlin Simmonsun günahsız olduğu üzə çıxıb.
Simmons ABŞ tarixində ən uzun haqsız yerə həbs edilən şəxs olub.
Məlumata görə, o, iyul ayında hakimin yenidən işə baxılmasına göstəriş verdikdən sonra sərbəst buraxılıb. Bazar ertəsi rayon prokuroru Simmonsun işinə yenidən baxılması üçün heç bir sübut olmadığını bildirib. Çərşənbə axşamı Oklahoma dairəsinin hakimi Emi Palumbo onun günahsız olduğunu elan edib.
Qeyd edək ki, Simmons Oklahomada bir içki mağazasını qarət edərkən Karolin Syu Rocersin qətlinə görə mühakimə olunub və 1975-ci ildə Don Roberts ilə birlikdə ölüm cəzasına məhkum edilib. Daha sonra cəzaları ömürlük həbslə əvəz edilib. Simmons bildirib ki, qətl baş verən zaman doğulduğu Luiziana ştatında olub.
Məlumata görə, Oklahoma ştatında haqsız yerə həbs edilənlərə 175 min dollara qədər təzminat ödənilə bilər. Hazırda qaraciyər xərçəngi ilə mübarizə aparan Simmons yaşayış xərcləri və kimyaterapiya müalicəsi üçün minlərlə dollar toplayıb. (musavat.com)
~.jpg)

Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












