“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist - VİDEO

“Azərbaycan Dəmir Yollarının” QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.
Avtosfer.az xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.
Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.
Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.
Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb.
Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir: “5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.
(qafqazinfo)
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












