8 min tabut Azərbaycana niyə gətirilib?

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl — 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib.
Avtosfer.az xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu, demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir. Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən islam qaydalarına uyğun keçirilir və tabut, adətən, yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir.
Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur. Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur.
Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib-etmədiyi açıq qalır.
Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satınalma ilə bağlı ola bilər./olke.az
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











