8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.
Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Asfaltlanma işləri yekunlaşan kimi avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da prospekt boyunca rahat və fasiləsiz gediş-gəliş təmin olunacaq.
Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar prospektin 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində müvəqqəti olaraq avtonəqliyyat vasitələri üçün əks istiqamətdə ikitərəfli hərəkət təmin olunub.
Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















