860 mindən çox şəxsin kimliyini təsdiq edən SƏNƏDİ YOXDUR

Gürcüstanda 860 918 nəfərin şəxsiyyətini təsdiq edən sənədi yoxdur.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi parlamentin deputatı Tina Bokuçavanın sorğusuna cavabında bildirib.
Qeyd olunub ki, 18 mart 2024-cü il tarixinə olan vəziyyətə görə, ümumilikdə 3 milyon 138 min 447 nəfərin aktiv elektron şəxsiyyət vəsiqəsi var, 402 min 347 nəfərin isə Gürcüstan vətəndaşı pasportu olsa da, şəxsiyyətini təsdiq edəcək başqa sənədi yoxdur. Nə Gürcüstan vətəndaşı pasportu, nə elektron şəxsiyyət vəsiqəsi, nə də qeyri-elektron şəxsiyyət vəsiqəsi olan vətəndaşların sayı isə 860 918 nəfərdir ki, onlardan 169 531-i böyüklər, 691 387-si isə həddi-büluğa çatmamış şəxslərdir.
Bundan başqa, agentliyin məlumatına görə, 210 153 Gürcüstan vətəndaşının qeyri-elektron şəxsiyyət vəsiqəsi var, amma Gürcüstan vətəndaşı pasportu yoxdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












