87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən daha bir şəxs tutulub.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq saxlanılıb. Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












